İŞİD anbarından sovet topu tapıldı

9-10-2017, 08:21           

Suriya hərbçiləri İŞİD-dən azad edilmiş Akebart şəhərində silah-sursat anbarı aşkar ediblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı informasiya yayıb.

“Tapılan silahlar arasında sovet istehsalı 130 millimetrlik M-46 topu, çox sayda iriçaplı pulemyot və sursat var”, - xəbərdə deyilib.

Aşkar edilən M-46 topu Suriya ordusuna məxsus olub, döyüşlər zamanı İŞİD terrorçularının əlinə keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.