İsrail tankı HƏMAS-ın Qəzza zolağındakı mövqeyinə zərbə endirib

9-10-2017, 08:31           
İsrail tankı HƏMAS-ın Qəzza zolağındakı mövqeyinə zərbə endirib
İsrail tankı raket hücumuna cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı postuna zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın postuna zərbə endirib", məlumatda deyilir.

Ötən gün Qəzza zolağından İsrailə raket zərbəsi endirilib. Raket İsrailin cənubundakı Eşkol regionuna, boş əraziyə düşüb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Qəzza zolağında hər hansı itkinin olub-olmaması barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.