Qazaxıstanın hərbi attaşesi Bakıda avtomobil qəzasına düşdü

9-10-2017, 11:27           

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib.
Hadisə “Azneft” dairəsi yaxınlığında qeydə alınıb.
Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevin idarə etdiyi “Mitsubishi” markalı maşın Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Mitsubishi”ni idarə edən idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir. (apa)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.