Sabah “Mavi Ay” görünə bilər

30-07-2015, 22:58           
Sabah “Mavi Ay” görünə bilər
Ən son 2012-ci ilin avqust ayında görülən “Mavi Ay” növbəti dəfə iyulun 31-də, cümə günü görünəcək. Çox nadir rast gəlinən bu təbiət hadisəsi bir əsrdə cəmisi beş dəfə meydana gəlir.

Alimlərin hesablamalarına görə, Mavi Ay hadsisəsi yaxın gələcəkdə daha iki dəfə - 2018-ci və 2020-ci illərdə yaşana bilər.

Dünyada meydana gələn vulkan püskürməsi və meşə yanğınlarının yaratdığı toz buludlarının hərəkəti zamanı mavi və bu tonlarda görünən Dolunay alimlər tərəfindən “Mavi Ay” olaraq, adlandırılıb.

Əslində isə Ayın rəngi dəyişmir, sadəcə, toz buludları ucbatından planetimizin peyki mavi rəngdə görünür.

“Mavi Ay” termin olaraq, 1946-ci ildə “Sky&Telescope” jurnalı tərəfindən işlədilib.

“Mavi Ay” ilk dəfə 1833-cü ildə aydın şəkildə görülüb.

Digər tərəfdən, tünd mavi rəngdə olan Dolunay isə 1991-ci ildə görüntülənib.Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.