Ziya Məmmədovun işdən çıxardığı şəxs qardaşı oğlu imiş
15-04-2015, 13:22
Nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxardığı şəxsin kimliyi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, Rövşən Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Nazir onu "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi vəzifəsindən azad edib.
R. Məmmədovun atası Loğman Məmmədov isə Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edir.
Nazirin qardaşı oğlunun yerinə təyinat alan şəxs isə Elmixan Hacıyevdir. O, əvvəl nazirlikdə təhlükəsizlik xidmətində işləyib.
Qeyd edək ki, ötən il Loğman Məmmədovun qızı Günay Ələsgərova avtomobil qəzasında dünyasını dəyişib.
Xatırladaq ki, Rövşən Məmmədov 2012- ci ildə bu vəzifəyə təyin edilib. O vaxta qədər MMC-nin rəisi Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə olub.