Kazanda atışma olub, ölən və yaralananlar var

28-02-2018, 09:20           

Rusiyanın Kazan şəhərindəki yaşayış binalarından birində sərxoş kişinin açdığı atəş nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq polislərdən birini xilas etmək mümkün olmayıb. Silahlı şəxs saxlanılıb.



Məlumata görə, insident məişət zəminində baş verib. Belə ki, 36 yaşlı sərxoş kişi ov tüfəngindən qapıya atəş açaraq qohumlarının mənzilinə daxil olmağa çalışıb. Silahlı şəxs qonşular tərəfindən hadisə yerinə çağırılan polis əməkdaşına atəş açıb. Cinayətkar cavab atəşi ilə yaralanaraq saxlanılıb. Cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru