Ruandada ildırım vurması nəticəsində azı 16 nəfər ölüb
12-03-2018, 09:09
Ruandada ildırım vurması nəticəsində azı 16 nəfər ölüb, onlarla insan xəsarət alıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, insident Nyaruqu yaşayış məntəqəsindəki kilsədə baş verib.
Məlumata görə, xəsarət almış 140 nəfər xəstəxanaya yerləşdiriliblər.