Pulemyotla təchiz edilən dron yaradılacaq

13-03-2018, 09:51           
Pulemyotla təchiz edilən dron yaradılacaq
Sinqapurun “ST Kinetics” şirkəti müxtəlif növ atıcı silahlarla təchiz edilən hərbi pilotsuz uçan aparatlar yaratmaq niyyətindədir.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, şirkət ilk dron prototiplərini növbəti ilin sonunadək təqdim etməyi planlaşdırır. Onlardan birincisi “Stinger” adlı dördşüalı oktokopter olacaq. Dron teplovizor, yüksək təsvir ölçülü videokamera və 5,56 millimetr kalibrli 100 patronlu “ST Kinetics Ultimax 100 Mk.8” pulemyotu ilə təchiz ediləcək. “Stinger” pilotsuz uçan aparatının nəzərdə tutulan uçuş müddəti 30 dəqiqə, çəkisi 60 kq təşkil edəcək. Gələcək aparat və ondan istifadə planları barədə ətraflı məlumat verilmir.

Drondan atış üçün effektiv istifadəyə görə mütəxəssislər tərəfindən pulemyotun faydalı iş əmsalının kompensasiyası məqsədilə xüsusi asma sisteminin yaradılması nəzərdə tutulur.

Bir müddət əvvəl şirkət pulemyota malik dron konsepsiyasının həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən bir sıra sınaqlar keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru