Ər arvadını döyüb, öldürdü

13-03-2018, 20:57           

Lənkəranda döyülərək xəstəxanaya yerləşdirilən qadın ölüb.

Ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

M.Qafarovanın yaxın qohumu “Report”a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: “Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb”.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru