İsveçrə vətəndaşı Azərbaycandan külli miqdarda valyuta çıxararkən saxlanılıb

4-04-2018, 12:17           
İsveçrə vətəndaşı Azərbaycandan külli miqdarda valyuta çıxararkən saxlanılıb
Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Bakı-İstanbul aviareysilə getmək istəyən İsveçrə vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və çantasında təkrar yoxlama aparılıb.

Nəticədə, çantanın içərisindəki ayaqqabının taylarında coraba bükülərək gizlədilmiş, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 199 ədəd - hər biri 100 avro nominalında əsginaslar olmaqla, cəmi 19.900 avro aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru