Qadın 32 yaşlı ərini öldürüb tualet quyusuna atdı - AZƏRBAYCANDA DƏHŞƏT

4-04-2018, 14:12           
Qadın 32 yaşlı ərini öldürüb tualet quyusuna atdı - AZƏRBAYCANDA DƏHŞƏT
Qəbələdə törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az xəbər verir ki, bir neçə gün əvvəl rayonun Tikanlı kənd sakini, 32 yaşlı Dursun Rəfiyevin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. Rayon Polis Şöbəsi və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru