Toyda kütləvi dava - 3 nəfər bıçaqlandı

10-09-2015, 22:28           
Toyda kütləvi dava - 3 nəfər bıçaqlandı
Lənkəranda toyda kütləvi dava olub.

Milli-Xeber.Az xəbər verir ki, hadisə sentyabrın 10-da axşam saatlarında şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb. Toy şənliyi zamanı gənclər arasında yaranmış mübahisə davaya çevrilib.

Nəticədə davanın iştirakçılarından 3 nəfər – şəhər sakinləri Əlisəfa Tağıyev, Zaur Tağıyev və Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Hazırda onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən zəruri tədbirlər görülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.