Kamçatkanın qərb sahilində 5,1 bal gücündə zəlzələ olub 6-08-2018, 07:15 Oxot dənizinin akvatoriyasında, Kamçatka yarımadasının sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, zəlzələnin episentri 83 km dərinlikdə olub. Təbii fəlakətin enerji sinfi 11,8 təşkil edib.Zəlzələ nəticəsində xəsarət alan yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Facebook-da paylaş