Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda dava düşüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, naməlum şəxs Səudiyyə Ərəbistanından olan turist 1992-ci il təvəllüdlü Almurtair Mişel Şuqarini döyüb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırma aparılır.