Bakıda mağaza satıcısı müştərisini döyərək burnunu sındırıb

30-09-2019, 03:38           
Bakıda mağaza satıcısı müştərisini döyərək burnunu sındırıb
Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.

APA xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında baş verib.

Belə ki, mağazada müştəri olan 1974-cü il təvəllüdlü Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisınin təfərrüatlarını araşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.