Bakıda alıcıları belə aldadırlar: məhsulun istehsal tarixinə diqqət! (FOTOFAKT)

13-12-2015, 19:51           
Bakıda alıcıları belə aldadırlar: məhsulun istehsal tarixinə diqqət! (FOTOFAKT)
Bakıda məhsul istehsalçıları alıcıları aldatmaq və öz məhsullarını daha uzun müddətdə mağazaların vitrinlərində saxlamaq üçün yeni üsul tapıblar. Belə ki, satışa çıxarılan bəzi məhsulların üzərindəki istehsal vaxtı məhsulun istehsal edildiyi günə uyğun olaraq yox, satışa çıxarıldığı günə uyğun olaraq yazılır.

Musavat.com xəbər verir ki, bu cür hallara əsasən saxlama müddəti az olan məhsullarda rast gəlinir. Əsasən də ağartı məhsullarında. Ağartı məhsulları ən çox 10-15 gün müddətində mağaza vitrinlərində saxlanıla bilir. Elə məhsulların üzərindəki istifadə müddəti də belə göstərilir.

Lakin bəzi məhsul istehsalçılarının alıcıları necə aldatdığı ortaya çıxıb. Belə ki, məhsul istehsal olunduqdan sonra onun üzərindəki istehsal vaxtı satışa çıxarılacağı günə uyğun olaraq göstərilir. Yəni məhsul bir neçə gün əvvəl istehsal edilsə də o nə zaman mağazalara göndəriləcəksə, üzərindəki tarix də elə göstərilir.

Bu cür məhsul istehsalçılarından biri də “Uzun Ömür” Süd Məhsulları MMC-dir. Bu firmanın istehsal etdiyi məhsullardan birinin üzərində istifadə müddəti 14 dekabr 2015-ci il olaraq göstərilir. Və bu məhsullar artıq mağazalarda satışdadır. Lakin bu gün hələ dekabrın 13-dür.
Bu məhsulların necə satışa çıxdığı maraqlıdır. Lakin bu fakt onu göstərir ki, fırıldaqçı firmalar şəxsi maraqları hesabına məhsulların üzərindəki istehsal tarixini istədikləri kimi göstərə bilirlər. Nəticədə isə aldadılan və bundan zərər görən alıcılar olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.