"Real Madrid" rəqibini qol vurmağa peşman etdi

22-09-2024, 09:21           
"Real Madrid" rəqibini qol vurmağa peşman etdi
İspaniya La Liqasının altıncı turu çərçivəsində son çempion "Real Madrid" "Espanyol"la qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Santyaqo Bernabeuda bütün maraqlı hadisələr ikinci hissədə cərəyan edib.

Hesabı qonaqlar açsalar da, bu, onların yeganə qolu olub.

Kral klubu dörd dəqiqə ərzində geridönüş edərək rəqibini qol vurmağa peşman edib və matçın nəticəsini öz xeyrinə dəyişib - 4:1.

Bu nəticədən sonra paytaxt komandası 14 xalla ikinci, "Espanyol" isə 7 xalla 13-cü yerdədir. Çempionata "Real"dan bir oyun az keçirən, lakin bir xal daha çox toplayan "Barselona" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru