Repetitorlarla bağlı bu qadağa qüvvədə qaldı

17-05-2020, 00:31           
Repetitorlarla bağlı bu qadağa qüvvədə qaldı
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Demokrat.az xəbər verir ki, qərara əsasən, qrup halında fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət) ilə bağlı qadağa mayın 31-dək qüvvədə qalıb. Qərar mayın 18-dən qüvəyyə minir.
Qeyd edək ki, pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi tövsiyə olunub. Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Bundan başqa, tədris vaxtı tibbi maskadan istifadə etmək, sosial məsafənin qorumaq zəruridir.

Xatırladaq ki, aprelin 27-dən etibarən şagirdlərin fərdi qaydada repetitor yanına getməsinə icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru