Onlar özlərini heç də rahat hiss etmirlər... - Çətin dönəm gözləyir...

13-01-2016, 11:21           
Onlar özlərini heç də rahat hiss etmirlər... - Çətin dönəm gözləyir...
Məlum “MTN işi” ilə bağlı adı bir çox “əməliyyatlarda” hallanan 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd Çingiz Əsədullayevin əvvəlcə millət vəkili seçildiyinin MSK tərəfindən təsdiqlənməsi, 15 gün sonra isə mandatının ləğv edilməsi məsələsi yəqin ki, heç kəsin yadından çıxmayıb.

Faktinfo.az saytına daxil olan məlumata görə, adı MTN-lə əməkdaşlıqda hallanan daha bir neçə şəxs deputat mandatı qazanmağa və onu qoruyub saxlamağa müvəffəq olsa da, onlar üçün mövcud təhlükə heç də tam sovuşmayıb. Adları MTN rəhbərliyi ilə biznes əlaqələrində hallanan həmin şəxslərin mandatları ləğv edilməsə də, onların daim nəzarətdə saxlanacagı gözləniləndir. Bu “bəxtsizlər” sırasında daha çox 3 şəxsin – 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Hacı Salayevin, 73 saylı Lənkəran seçki dairəsindən Rüfət Quliyevin və 79 saylı İmişli seçki dairəsindən seçilən deputat Əsabil Qasımovun adları çəkilir. Həmin şəxslərin “səlahiyyəti” ilə bağlı son bir neçə ayda KİV-də çoxlu sayda yazılar getdiyindən təkrarçılığa yol vermək istəmirik. Təkcə onu deyə bilərik ki, bu 3 millət vəkilini qarşıdakı 5 ildə çox çətin günlər gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.