Nazirlikdən Şirəliyevlə bağlı suala cavab: - “İlin, günün bu vaxtı...”

9-07-2020, 17:04           
Nazirlikdən Şirəliyevlə bağlı suala cavab: - “İlin, günün bu vaxtı...”
“Oqtay Şirəliyev özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır”. Bu iddianı mühacirətdə olan jurnalıist Həbib Müntəzir səsləndirib:

"Yadınızdadırsa, mart ayında koronavirus testləri ilə əlaqədar Səhiyyə nazirliyinə 38 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsindən isə 2020-ci il üçün 2 milyard manatdan çox vəsait ayrılıb. Bəs siz azərbaycanlılar bunu öz həyatınızda hiss edirsinizmi? Yox, əlbəttə ki, çünki sizin adı olub, özü olmayan Səhiyyə naziriniz Oqtay Şirəliyev o vəsaitləri villalarına xərcləyib”.

Bu açıqlamaları jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabından verib. "500 kvadrat metrlik villa Şüvəlanda yerləşir. İçərisində kiçik hovuzu və buta ornamentli qazonu var, guya millidir. Səhiyyəni məhv edən Oqtay Şirəliyevin Qubanın Qələdüz kəndində milyonluq malikanəsi olduğu da deyilir. 15 illik nazir səhiyyəni o qədər çökdürüb ki, özü belə özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır...” – H.Müntəzir qeyd edib.

Bizimyol.info Oqtay Şirəliyevin həqiqətən xəstə olub olmamasını, Almaniyada müalicə alması xəbərini Səhiyyə Nazirliyindən dəqiqləşdirmək istəyib. Nazirliyin mətbuat xidmətindən verilən məlumat isə qərbə olduğu qədər də maraqlı olub – “İlin günün bu vaxtında belə sual verərlər?”.

İlin günün bu vaxtında cənab nazirə veriləcək o qədər sualımız var ki,yazsan roman olar. Amma ona nə əl çatır, nə səs yetir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru