TANINMIŞ VƏKİLDƏN CƏRİMƏ OLUNANLARA TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏK

12-07-2020, 00:03           
TANINMIŞ VƏKİLDƏN CƏRİMƏ OLUNANLARA TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏK
Tanınmış vəkil Cavad Cavadov maraqlı bir kampaniyaya start verib. Belə ki, o, pandemiya ilə əlaqədar cərimə edilmiş şəxslərə pulsuz hüquqi yardım edəcəyini açıqlayıb.
JAMAZ.İNFO xəbər verir ki, bu barədə Facebook hesabında yazan vəkil deyib ki, qanusuz yerə cərimə olunduğunu düşənən hər kəs ona müraciət edə bilər. “Pandemiya vaxtı kimə evinin yanında hava almaq, gəzmək üçün SMS icazəsi olmadan çıxarkən cərimə yazılıbsa və bunu mübahisələndirmək arzusunda olarsa mənə müraciət edə bilər. Pro-bono hüquqi yardım göstərməyə hazıram. Bununla bağlı, inboksuma yazsınlar”.
Ccavad Cavadov bu halda yazılan cərimələrin qanunsuz olduğunu düşünür. O deyir ki, bununla bağlı hazır formada şikayətlər də hazırlayıb. “Bir nəfər dostluğumda olanlardan bu gün müraciət etmişdi ki, blokunun qarşısında siqaret çəkməyə düşüb cərimə yazıblar. Bununla bağlı şikayət göndərdim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru