İlon Mask, Bill Qeyts və Ceff Bezosun "Twitter" hesablarını sındıran hakerlər 55 min dollar qazanıb

16-07-2020, 08:13           
İlon Mask, Bill Qeyts və Ceff Bezosun "Twitter" hesablarını sındıran hakerlər 55 min dollar qazanıb
Dünyanın müxtəlif ölkələrindən olan “Twitter” istifadəçiləri İlon Mask, Bill Qeyts, Ceff Bezos və digər zəngin insanların sosial şəbəkə hesablarını sındıran dələduzlara 55 min dollardan çox (təxminən 6 bitkoin) pul qazandırıblar.

APA xəbər verir ki, bu barədə “Breaking News” məlumat yayıb.

Məlumata görə, hakerlər iş adamlarının səhifələrində istifadəçilərin qeyd edilmiş bitkoin cüzdanına göndərəcəkləri pulları iki qat artıracaqları barədə bildirişlər yerləşdiriblər.

Bildirilir ki, hazırda İ.Mask hesabı üzərində nəzarəti geri qaytara bilib və bütün yalançı mesajlar silinib.

Hesabların kütləvi şəkildə sındırılmasının səbəbləri hələ ki müəyyən edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru