Serbiya Ermənistana silah tədarükünü etiraf etdi

22-07-2020, 00:06           
Serbiya Ermənistana silah tədarükünü etiraf etdi
Serbiya ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (Serbiya qanunlarına əsasən silah ixracına icazə verən nazirlik) serb silahlarının Ermənistana verilməsini qismən etiraf edib.

Teref.az Haqqın.az-a istinadən xəbər verir ki, “Bu il, 2020-ci ildə Ermənistana silahlar bir özəl şirkət tərəfindən verilib, dövlət şirkətləri bu işdə iştirak etməyib. Hansı şirkətdən bəhs etdiyimizi deyə bilmərəm, amma məlumdur ki, əsasən tüfəng və tapança verir, məbləği bir milyon avrodan azdır və yük may-iyun aylarında çatdırılıb”, – deyə Lyaiç Nova.rs portalına bildirib.

O vurğulayıb ki, nazirlikdən əlavə ixrac icazəsi Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi tərəfindən verilib. Nazir Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıdan imtina etməsinin çətin olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru