Ramin Bayramlı istefa versin

27-07-2020, 09:02           
Ramin Bayramlı istefa versin
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının istefası tələb edilir.

Pravda.az-ın xəbərinə görə, buna səbəb 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıqdır.

Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu addım xeyli insana stress yaşadıb. Bildirilib ki, bu addım yoluxmanın artmasına zəmin yaradıb, çünki koronavirusa yoluxan şəxsin testinin nəticəsi neqativ göstərilibsə, bu, həmin insanın arxayınlaşmasına səbəb olub, beləliklə, digərlərinin də yoluxması istisna edilmir. O da vurğulanıb ki, koronavirusa yoluxmayan şəxsin testinin nəticəsinin pozitiv göstərilməsi əlavə stress yaşadıb. Qeyd olunub ki, xarici ölkələrdə bu cür hallara görə məsuliyyət daşıyan şəxslər özləri könüllü şəkildə istefa verirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru