“27 ildə Azərbaycanın su təsərrüfatını viran qoyan kimdir – yadımdan çıxıb?..”

27-07-2020, 12:28           
“27 ildə Azərbaycanın su təsərrüfatını viran qoyan kimdir –
“Elə bil, kimsə hər gün gözümə Qarabağda erməni yandıran evlərin külünü basır – sonra da gözüm görür, amma ağlım kəsmir...”

3 cümlə ilə bir "quş"...

Keçmiş“Qələbə” kolxozunun əməkdar çobanı Qədimalı kişi redaksiyamıza bu dəfəki müraciətindədeyir:

“Qağa,1994-cü ildən, bu atəşkəsdi, atəşgahdı-nədi, elan olunandan bəri, elə bil, kimsəhər gün gözümə Qarabağda erməni yandıran evlərin, meşələrin külünü basır - heç zad görmürəm, xeyli vaxt keçəndən sonra birçeyi, bir hadisəni-filanı görəndə də gözüm görür, amma ağlım kəsmir ki, nədir,kimdir, nə iş görür...

O gündə bir-iki hektar pambığım var, onu sulamağa su tapmayanda yadıma düşdü ki, 27il qabaq televizorda bir adam göstərmişdilər ki, innən belə kənd təsərrüfatında sulama-filan işlərinə bu kişi(!) baxacaq...

İndidə təkcə mən yox, Mil-Muğan, Şirvancamaatının hamısı Kürün qurumağından, suyun tapılmamasından şikayətlənəndə həminşişmanı yenə göstərdilər televizorda; tanıdım, amma bu səfər də yadıma düşmədiki, bu 27 ildə bu 10 milyonun gözündənyayınıb su təsərrüfatını məharətlə talan edib viran qoyan fərasətli kişinin(!)adı nədir...

Sözardı:Qədimalı kişinin yaddaşını təzələmək üçün ona Azərbaycan dədələrinin bir neçə məşhur sözünü xatırladırıq:

“Subaşdan bulanar”, “Suyun lal axanı- adamın yerə baxanı”, Sudan qaymaq yığır”, “Su gələn arxa bir də gələr...”, “Arxa su gəlincəqurbağanın gözü bərələ qalar”, “Su bir yerdə qalanda iylənər”, “Sudan çıxmıştoyuğa oxşayır”... ”
Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru