Azərbaycan içki ixracını kəskin azaldıb

28-07-2020, 17:49           
Azərbaycan içki ixracını kəskin azaldıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 540 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Finans.az”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 973 min ABŞ dolları və yaxud 57,8% azdır.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.

6 ay ərzində Azərbaycana idxal edilmiş içkilərin dəyəri isə 31 816 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 40 min ABŞ dolları və yaxud 0,1% çoxdur.

İçki idxalı ümumi idxalın 0,6%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycanın 6 aylıq ticarət dövriyyəsinin 7 686,3 milyon ABŞ dolları ixracın, 4 989,5 milyon ABŞ dolları isə idxalın payına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru