“Microsoft” şirkəti “Windows”da kritik səhv olduğunu etiraf edib

1-08-2020, 09:39           
“Microsoft” şirkəti “Windows”da kritik səhv olduğunu etiraf edib
"Microsoft" şirkəti "Windows" sisteminin yeni versiyalarında kritik təhlükəsizlik səhvini düzəltməyə söz verib. Bu haqda şirkətin hesabatına istinadən "ZDNet" nəşri məlumat verib.

Teref.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyası əməliyyat sistemlərinin cari versiyaları ilə bağlı problemlər haqqında xəbərdar olduğunu təsdiq edib. "Microsoft" öz səhvini etiraf edib və bildirib ki, onu düzəldən təhlükəsizlik paketləri ƏS-nin növbəti yeniləməsində əlçatan olacaq. Şirkətin mütəxəssisləri yeni təhlükəsizlik paketi çıxarılana kimi istifadəçilərə səhv mesajı görsənən kimi sistemi yenidən yükləməyi tövsiyə ediblər.

Jurnalistlərin sözlərinə görə, "Windows 10" sistemində təhlükəsizliklə bağlı problem istifadəçilərin diqqətini çəkib. ƏS-nin lisenziyalı surətlərinin sahibləri şikayət ediblər ki, "Windows Sandbox" və "Windows Defender" proqramlarını işə salmaq istədikdə səhv mesajları görsənir. Bu problemlə "Windows 10" sisteminin "1903", "1909" və "2004" versiyalarının istifadəçiləri qarşılaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru