Çimərliyə getmək istəyənlərin nəzərinə: Bu sayta daxil olun, qeydiyyatdan keçin – YENİLİK

3-08-2020, 09:07           
Çimərliyə getmək istəyənlərin nəzərinə:
Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacaq.

Pravda.az-ın məlumatına görə, onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytı hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcək.

Saytda Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub.

Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq.

Qeyd: “Cimerlik.az” domeni Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadovun adına rəsmiləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru