"Silk WAY Aviaşirkəti” MMC yarım milyondan çox vergi borcu var..

4-08-2020, 10:50           
"Silk WAY Aviaşirkəti” MMC yarım milyondan çox vergi borcu var..
Azərbaycanda aviaşirkətin yarım milyon manatdan çox vergi borcu olduğu üzə çıxıb. Söhbət "Silk WAY Aviaşirkəti” MMC-dən gedir.

Teref.az mediapost.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, şirkətin cari vergi öhdəliyi 583 227 manat təşkil edir.

Qeyd edək ki, "Silk Way Aviaşirkəti" "Silk Vey Vest Aviaşirkəti" və "Silk Vey Development" MMC ilə birgə "Silk Vey Holdinq"ə daxildir. Holdinq iyunun 22-də nizamnamə kapitalını azaltdığını elan etmişdi.

Xatırladaq ki, hazırda holdinqin nizamnamə kapitalı 46,1 milyon manat, digər 3 şirkətin nizamnamə kapitalı isə müvafiq olaraq 97 milyon manat, 173,4 milyon manat və 77,3 milyon manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru