Gürcüstanın Azərbaycana 6 milyon dollar borcu var - Rəsmi rəqəmlər

13-08-2020, 18:05           
Gürcüstanın Azərbaycana 6 milyon dollar borcu var - Rəsmi rəqəmlər
Gürcüstanın Azərbaycana olan borcunun məbləği 6,107 milyon ABŞ dolları təşkil edir. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib. Avqustun 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici borcu isə 6,5 milyard ABŞ dollara bərabərdir ki, bunun da 6,3 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 11,78 milyon ABŞ dolları, 46,019 milyon ABŞ dolları və 6,326 milyon ABŞ dolları təşkil edib. Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (493,5 milyon ABŞ dolları), Fransa (558,2 milyon ABŞ dolları) və Yaponiya (216,4 milyon ABŞ dolları) yer alıb.

Bizimxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru