Hərbçilər uçan obyektlərlə rastlaşdılar - ARAŞDIRMA GEDİR

14-08-2020, 08:53           
Hərbçilər uçan obyektlərlə rastlaşdılar - ARAŞDIRMA GEDİR
ABŞ Müdafiə Nazirliyi Hava Qüvvələri pilotlarının qarşılaşdığı naməlum uçan obyektləri araşdırmaq üçün işçi qrupu yaratmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə “CNN” hərbi mənbələrə istinadən məlumat yayıb.

Müdafiə nazirinin müavini David Norkvist yaxın günlərdə rəsmi olaraq təqdim ediləcəyi gözlənilən işçi qrupuna nəzarət edəcək.

Qeyd edək ki, cari ilin iyul ayında ABŞ Konqresində naməlum uçan obyektlərlə bağlı narahatlıq ifadə edilib. Bildirilib ki, obyektlər “potensial düşmənlər”in kəşfiyyat vasitəsi ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru