"Facebook" ilk addımı atdı: "Messenger" ilə "Instagram" birləşdirilir

16-08-2020, 10:37           
"Facebook" ilk addımı atdı:
"Facebook" şirkəti "WhatsApp", "Instagram" və "Facebook Messenger"i birləşdirərək vahid mesajlaşma platformu yaratmaq niyyətindədir. Reallaşacağı təxmin edilməsə də görünən odur ki, şirkət ilk mərhələyə keçid edib.

Redaktor.az xəbər verir ki, "Facebook Messenger" ilə "Instagram"ın birləşdirilməsinə başlayıb.

"Instagram"a gələn bu yeniləmə məcburi deyil. Yəni istifadəçilər yenilənməni quraşdırmaya da bilərlər. Yenilik vasitəsilə artıq istifadəçilər söhbət çatlarını daha rəngli bir hala çevirə biləcəklər. Daha çox emoji göstəriləcək, mesajlar sürüşdürülərək cavablandırıla biləcək və "Facebook"da olan insanlarla mesajlaşma mümkün olacaq.

Əgər istifadəçi yenilənmənin yüklənməsinə icazə verərsə, standart DM qutusunun ikonu "Facebook Messenger"in ikonu ilə dəyişdirilir. Beləliklə, istifadəçilər DM-ə girərək "Facebook"dakı digər istifadəçilər ilə mesajlaşa biləcəklər. Lakin burada yeni istifadəçiyə mesaj yazmaq hələki mümkün deyil. "Instagram" üzərindən hələlik yalnızca "Messenger"də əlaqə qurulan insanlarla yazışmaq mümkün olacaq.

Qeyd edək ki, yeniliyin bütün istifadəçilər üçün nə vaxt aktivləşdiriləcəyi hələki məlum deyil. Növbəti illərdə bu 2-liyə "WhatsApp" servisinin də əlavə ediləcəyi ehtimalı var.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.