Kərəm Həsənovun "MTN işi"-ndə generallar qədər suçu var - “MTN işi”nin üzərindən sirr pərdəsi götürülməlidir

30-01-2016, 10:42           
Kərəm Həsənovun "MTN işi"-ndə generallar qədər suçu var - “MTN işi”nin üzərindən sirr pərdəsi götürülməlidir
Son bir neçə ayda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun sağ əli olan general Akif Çovdarov barəsində yazılanları oxuyanda adam dəhşətə gəlir. 2-3 şəxs uzun illər ərzində bu boyda cinayətləri edə bilərdimi..? Əlbəttə, yox. Bu cinayətəri 2-3 şəxsin etməsi hətta fiziki cəhətdən mümkün olan iş deyil. Deməli, ortada böyük cinayətkar şəbəkə olub.
Bəli, şərti adı “MTN işi” olan məsələ böyük bir aysberqin görünən çox az hissəsidir. Görünməyən böyük hissənin açılmasında isə heç kim maraqlı deyil. Ona görə də “MTN işi” ilə bağlı aparılan istintaq prosesindən kimsə xəbər tuta bilmir, hamı fərziyyə və gümanla danışır. Hətta mətbuatda “MTN işi”nin Baş prokuroluğun nəzarətindən çıxarılaraq Dövlət Xüsusi Mühafizə Xidmətinə verilməsi ilə bağlı məlumatlar da dərc olunub.
Əcəba, “MTN işi”nin dövlət sirri , yaxud hərbi sirrlə nəsə əlaqəsi varmı..? Əlbəttə, yox. Bəs, “MTN işi”ni belə gizli və məxfi saxlamağın səbəbi nədir?
Əlbəttə, ortada əlahəzrət məntiq var. Nazir və komitə sədrlərinin çoxu bu işə bulaşıb. Həm də necə bulaşıb..? Xirdəyədək.
Bircə məsələyə diqqət yetirək.
“MTN işi”ndə bəlli olur ki, kimsə Azərbaycan dövlətinin maraqlarını, yaxud hərbi məlumatı kiməsə satmayıb. Söhbət ancaq MTN rəhbərlərinin sahibkarların, biznesmenlərin mülklərini, obyektlərini zorla ələ keçirilməsindən söhbət gedir.
Başqa bir məsələ hələki mətbuatda hallanmayıb. Deməli, mal-mülk davasından söhbət gedir. Görəsən, Eldar Mahmudov, yaxud Akif Çovdarov biznesmenləri, iş adamlarını Məşədi İbad demişkən, “yerə yıxıb ağzına-ağzına döyürmüş..”?
Əlbəttə, yox.
MTN rəhbərliyi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əli ilə biznesmenlərin, iş adamlarının əmlakını, mülklərini “qanuna mindirərək” yoluna qoyurmuş.
Əlbəttə, bu məsələdə Eldar Mahmudov, Akif Çovdarov nə qədər məsuliyyət daşıyırsa, daha artığını Kərəm Həsənov daşıyır. Çünki komitə sədri Eldar Mahmudov - Akif Çovdarov cütlüyünün qanunsuz şəkildə ələ keçirdiyi əmlakaların rəsmiləşdirilməsində əsas rol oynayıb
Görəsən, ölkə başçısı İlham Əliyev cənabları niyə bircə dəfə Kərəm Həsənovdan soruşmur ki, Eldar Mahmudovun və Akif Çovdarovun adına bu qədər mülkləri necə qanuniləşdirmisən..?
Prezident İlham Əliyev neçə ildir deyir ki, vətəndaşların qanunsuz tikililərini, kasıb daxmalarını qanuniləşdirməyin vaxtı çoxdan çatıb, amma Kərəm kimlər prezidentin sözünü qulaqardına vururlar.
Ancaq vərtəndaşlardan zorla alınmış mükləri, obyektləri 1 saata Mahmudovun qohumlarının adına sənədləşdirə bilirlər.
Mən belə düşünürəm ki, “MTN işi” cəmiyyətə açıq elan edilməli, üstündən yalançı sirr pərdəsi götürülməli və Kərəm Həsənov kimi məmurlar xalqa hesabat verməlidir.nuh.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.