Bitkoinin qiyməti tarixi rekordu keçdi - YENİLƏNDİ

3-01-2021, 02:23           
Bitkoinin qiyməti tarixi rekordu keçdi - YENİLƏNDİ
Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti yenidən bahalaşaraq tarixi maksimumunu yeniləyib.

Publika.az xəbər verir ki, dünyanın 1 nömrəli elektron valyutasının dəyəri 33 min dolları keçib. Hazırda qiymət artımı trendi davam etməkdədir.

xxxxx

20:10

Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti 4% artaraq 31 min ABŞ dollarını ötüb.

Publika.az xəbər verir ki, bikoinin dəyəri beləliklə tarixi rekord həddə yüksəlib. Belə ki, 20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 4,17% bahalaşaraq 30 834 ABŞ dollarına, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 4,80% dəyər qazanaraq 30 880 ABŞ dollarına yüksəlib.

Daha sonra bitkoinin qiyməti 31 min ABŞ dollar səviyyəsini aşıb və bütün zamanların ən yüksək səviyyəsinə - 31 180 ABŞ dollarına çatıb.

Qeyd edək ki, bitkoin ümumi qlobal kriptovalyuta bazarının, təxminən, 71,1%-ni təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru