Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz?

4-01-2021, 07:35           
Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz?
Koronavirusa qarşı peyvənd olunduqdan sonra, stresdən, o cümlədən orqanizmin temperaturunun həddindən artıq aşağı düşməsi və ya qalxmasından çəkinmək lazımdır.

Teref.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə RF "Rospotrebnadzor"dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) bildirilib.

Bundan əlavə, qurum allergik reaksiyaya səbəb ola biləcək qidaları yeməməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl COVID-19-a qarşı Rusiya peyvəndinin sınaqlarında iştirak edənlərə tövsiyələr verilmişdi. Belə ki, qadınlara bu dövrdə hamilə qalmamaları, analara peyvənddən sonra üç ay ərzində ana südü verməmələri və yumurta donoru olmamağı tövsiyə edilib.

Kişilər isə həmin dövrdə alkoqoldan imtina etməli və siqaret çəkməyi isə məhdudlaşdırmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru