“Facebook” və “Twitter”dən sonra “İnstagram” da Trampın hesabını dondurdu

8-01-2021, 06:49           
“Facebook” və “Twitter”dən sonra “İnstagram” da Trampın hesabını dondurdu
“Facebook” və “Twitter”in ardından “İnstagram” sosial şəbəkəsi də ABŞ prezidenti Donald Trampın hesabını dondurub.

KONKRET.az bildirir ki, bu barədə şirkətin müdiri Adam Mosseri açıqlama verib.

“Trampın “İnstagram” hesabını 24 saat ərzində dondururuq” – o, “Twitter” hesabında yazıb.

Daha əvvəl “Twitter” ABŞ prezidentinin hesabını 12 saat, “Facebook” 24 saat müddətinə dondurmuşdu.

“Youtube” sosial şəbəkəsi isə Trampın etirazçılara müraciətini əks etdirən videonu bloklayıb.

Qeyd edək ki, Tramp tərəfdarları qarşısında çıxış edərək, seçkinin oğurlandığını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru