Əli Nağıyev erməni həmkarı ilə ikinci dəfə görüşdü

11-01-2021, 00:52           
Əli Nağıyev erməni həmkarı ilə ikinci dəfə görüşdü
MTX-nin mətbuat mərkəzi bəzi Telegram kanallarında bu görüşlərdə sərhədyanı və ərazi məsələlərinin müzakirə edilməsi iddiasını təkzib edib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevlə son günlər ərzində ikinci görüşünü keçirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan MTX məlumat verib.

"Sabah Tavuş vilayətində Ermənistan MTX və Azərbaycan DTX rəhbərlərinin görüş keçirəcəyi barədə şayiələr həqiqətə uyğun deyil. Analoji görüş bir neçə gün əvvəl Ararat vilayətinin Yerasx kəndi yaxınlığındakı neytral zonada keçirilib. Bu gün isə Sünik vilayətinin Gorus rayonunun Vorotan (Şahverdilər) və Şurnux yaşayış məntəqələri yaxınlığında görüş baş tutub. Əsirlərin dəyişdirilməsi və itkin düşənlərin axtarılması barədə məsələlər müzakirə edilib", - MTX-nin saytında qeyd olunub.

MTX-nin mətbuat mərkəzi bəzi Telegram kanallarında bu görüşlərdə sərhədyanı və ərazi məsələlərinin müzakirə edilməsi iddiasını təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru