Erməni müxalifəti Paşinyanın Moskvaya uçuşuna mane ola bilmədi...-VİDEO

11-01-2021, 09:32           
Erməni müxalifəti Paşinyanın Moskvaya uçuşuna mane ola bilmədi...-VİDEO
Xəbər verildiyi kimi, bu gün- yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti üçtərəfli danışıqlar aparılacağı gözlənilir.

Moderator.az xəbər verir ki, işğalçı Ermənistan saytlarının yaydığı məlumata görə, günlərdir, ölkədəki müxalif qüvvələrin təşkil etdiyi etirazlara rəğmən bu gün yerli vaxtla saat 7:30 radələrində Paşinyanın korteji heç bir maneə olmadan İrəvanın “Zvartnots” hava limanına yollanıb.

Dünən qəsbkar ölkənin müxalifət nümayəndələri bəyan ediblər ki, sabah (yəni bu gün) saat 8-dən baş nazirin Moskvaya səfərinin qarşısını almaq üçün aeroportda olacaqlar. Lakin saat 7:00-dan etibarən İrəvan polisi hava limanına gedən bütün yolları bağladığından onların bu niyyəti baş tutmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru