Siyavuş Novruzov bu çıxışı ilə gündəmə gəldi - VİDEO

11-01-2021, 10:32           
Siyavuş Novruzov bu çıxışı ilə gündəmə gəldi - VİDEO
Ötən gündən etibarən sosial şəbəkələrdə YAP-çı deputat Siyavuş Novruzovun verdiyi mühasibədə suyun vedrəylə ölçülməsi barədə dediyi fikirlər müzakirə olunur. Müzakirədə iştirak edənlər deputatın dilindən belə bir yanlış fikrin səsləndirilməsini tənqid edirlər.

“Qafqazinfo” xəbər verir ki, sözügedən söhbət S. Novruzovun “Space” televiziyasının “Sadə həqiqətlər” verilişinin qonağı olan zaman yaşanıb. Həmin verilişdə deputat Heydər Əliyevin Naxçıvandakı hakimiyyəti illərində onun başqa bir siyasətçi ilə dialoqunu xatırladıb:

“Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru