Virusu orqanizmdə yayan maddə tapıldı: Onu təmizləmək mümkün olarsa, dünya xilas olar

11-01-2021, 10:48           
Virusu orqanizmdə yayan maddə tapıldı:
Koronavirus üçün quanilatkinaz 1 (GK1) fermenti mühüm əhəmiyyət kəsb edir. O, orqanizmdən kənarlaşdırıldıqdan sonra SARS CoV-2-nin yayılmasının qarşısı alınır.

Cebhe.info xəbər verir ki, ekspertlər bu qərara gəliblər. Onların fikrincə, bu tapıntı COVİD-19-un müalicəsi üçün dərman hazırlanmasında xüsusi rol oynaya bilər.

Yeni tapıntını Tyubingen Universitetinin mütəxəssisləri ortaya çıxarıb. Araşdırmalar göstərib ki, məhz bu fermet insan orqanizmində koronavirusun yayılmasının əsas "səbəbkarlarından" biridir.

SARS-CoV-2 yaıylmasını kompüter modeli vasitəsilə izləyən mütəxəssislərin qənaətinə görə, virus hüceyrələrə daxil olmaq üçün xüsusi maddə itehsalına məcbur edir. Buna da səbəb sözügədn ferment olur. Əgər orqanizmdən onu kənarlaşdırmaq mümkün olarsa, koronavirusa qarşı dərman preparatı hazırlamaq da mümkün olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.