Potensial təhlükəli asteroid Yerə yaxınlaşır

12-01-2021, 07:49           
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Astronomlar yaxın iki gündə potensial təhlükəli “2020 WU5” asteroidinin planetimizin yaxınlığından keçəcəyini bildirirlər.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, onun hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının veb saytında verilib.

“2020 WU5” asteroidi 2020-ci ilin noyabr ayında “NEOWISE” (“Wield-Field Infrared Survey Explorer”) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib.

Asteroid orbitləri xaricdən yer üzü ilə kəsişən “Apollon” qrupuna aiddir. Diametri 0,5-1,1 kilometr arasında olan səma cisminin Yerə ən yaxın yanaşması yanvanın 13-dən 14-nə keçən gecə gözlənilir. Bildirilir ki, Şimal yarımkürəsinin orta enliklərində onu müşahidə etmək üçün yaxşı şərait olacaq.

Asteroidin Yerdən kifayət qədər uzaq keçməsinə baxmayaraq (müxtəlif hesablamalara görə, 8,1-7,5 milyon kilometr arasında), potensial təhlükəli kimi təsnif edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.