İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi

14-01-2021, 01:18           
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Teref.az-ın məlumatına görə, söhbət 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovdan gedir.

İki aydan artıqdır ki, ailəsinin xəbər ala bilmədiyi Cəlalın şəhid xəbəri gəlib. O, bu gün Saatlıda torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəlal Bayramov ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər. Cəlal sonuncu dəfə Laçında ikən ailəsi ilə əlaqə saxlaya bilmişdi. (Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru