Məşhur avtomobil şirkəti AMEA-nı məhkəməyə verdi – Borca görə…

17-02-2021, 11:56           
Məşhur avtomobil şirkəti AMEA-nı məhkəməyə verdi –
Azərbaycanın aparıcı şirkətlərindən olan “İdeal Motors” MMC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası haqqında məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası 09.03.2021-ci il tarixində saat 12:30-da Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.
Bildirilir ki, AMEA-nın “İdeal Motors” MMC-yə borcu var.
Qeyd edək ki, “İdeal Motors” MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət Azərbaycanda “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirən “Performance Center Co” şirkətilə eyni hüquqi ünvanda yerləşir. “İdeal Motors” MMC əsasən dövlət qurumlarının avtomobil alışı ilə bağlı keçirdiyi tenderlərin qalibi olub. Son bir ildə “İdeal Motors” MMC onlarla dövlət qurumuna avtomobil satıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru