Ermənilərdən ruslara təxribatçı təklif: Oradakı Azərbaycanlıları əsir götürün və ... - NƏ ETMƏLİ?

13-05-2021, 17:28           
Ermənilərdən ruslara təxribatçı təklif: Oradakı Azərbaycanlıları əsir götürün və ... - NƏ ETMƏLİ?
Laçın rayonu ərazisində Qara göl yaxınlığındakı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qalmaqal Ermənistan rəhbərliyi və mediası tərəfindən şişirdilməkdə davam edir. Mübahisə yerinə gələn Rusiya hərbçiləri məsələni sülh yolu ilə həll etməyə çalışırlar. Erməni tərəf bizə ultimatum verib ki, “çıxmasanız güc tətbiq edəcəyik”.

Moderator.az “Sputnik Armenia”ya istinadən bildirir ki, Bakıda saxlanılan diversant və təxribaçıların yaxınları Rusiya hərbçilərinə müraciət ediblər.

Müraciətdə deyilir ki, Rusiya hərbçiləri Azərbaycan sərhədçilərini tutub saxlasınlar və sonra onları Bakıda saxlanılan ermənilərlə dəyişsinlər.

Ermənilərin təfəkkür xəstəliyi məlum məsələdir, amma Rusiyanı o qədər yaxın bilirlər ki, hətta onların qarşısında azərbaycanlıları əsir götürmək kimi absurd tələb də qoyurlar. İkinci absurd hərəkət isə bu cür təxribatçı təklifi mətbuatda işıqlandırmaqdır. Görünür, ermənipərəst ruslar bununla həm də nəbz yoxlamasını sınaqdan keçirirlər...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.