Kanadada meşə yanğınlarının sahəsi hər gün sürətlə genişlənir

6-07-2021, 07:19           
Kanadada meşə yanğınlarının sahəsi hər gün sürətlə genişlənir
Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində anomal istilərlə əlaqədar baş verən meşə yanğınlarının sayı son sutka ərzində 136-dan 180-ə çatıb.

CTV telekanalı bu barədə əyalətin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Meşə yanğının söndürülməsinə üç mindən çox insan, aviasiya və xüsusi texnika cəlb olunub.

Qeyd olunur ki, yanğının sahəsi hazırda 79 min hektarı keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.