Rusiyalı admiralın ailəsi qəddar şəkildə qətlə yetirilib

27-07-2021, 08:11           
Rusiyalı admiralın ailəsi qəddar şəkildə qətlə yetirilib
İstefada olan rusiyalı admiral Leonid Lobanovun ailəsi qəddar şəkildə qətlə yetirilib.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, polisə bu barədə donanmanın sabiq admiralının Murmansk şəhərində yaşayan qızı xəbər verib. O, Sankt-Peterburqda yaşayan valideynlərinin qonşularının ona zəng etdiyini və mənzillərindən pis qoxu gəldiyini dediklərini bildirib.

Dərhal hadisə yerinə hüquq mühafizəçiləri yollanıb. Onlar qapını açanda içəridə Lobanovun 84 yaşlı arvadının və 56 yaşlı oğlunun cəsədini tapıblar. Öldürülənlərdə çoxsaylı bıçaq xəsarətləri olub, qarınları yarılıb.

Qətldə elə Lobanovun özü şübhəli bilinir.

Qeyd edək ki, admiral 10 gün əvvəl özünün elektrik qatarının altına atıb. Onun arvadını və oğlunu insestdə şübhəli bilməsi ehtimal olunur. oxu














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.