İran Azərbaycana avtomobil ixracını 4 dəfə artırmaq istəyir

22-11-2021, 16:05           
İran Azərbaycana avtomobil ixracını 4 dəfə artırmaq istəyir
İran bu il Azərbaycana ötən illə müqayisədə 1 000 ədəd və yaxud 3,5 dəfə çox - 1 400 avtomobil ixrac etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Bakıda keçirilmiş iclasında bildirib.

İranlı nazir əlavə edib ki, ölkəsi “Khodro" şirkəti Azərbaycanda yük maşınları və avtobuslar istehsal etməyə, ölkəsi isə Azərbaycanda istehsal edilən İran avtomobillərinin ixracına dəstək verməyə hazırdır.

O, həmçinin Azərbaycanda daşıma sahəsində problemlərin olduğunu qeyd edib: "Əvvəllər tranzit rahat və normal olduğu halda, son vaxtlar rüsum və daşıma xərcləri məsələsində müəyyən çətinliklərin şahidi oluruq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru