Peskovun oğlu instaqram paylaşımına görə tənqid olundu

22-11-2021, 19:28           
Peskovun oğlu instaqram paylaşımına görə tənqid olundu
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Mika Peskov instaqram hesabında etdiyi paylaşımla bağlı gündəmə gəlib və ölkəsində kəskin tənqidlərə məruz qalıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, 17 yaşlı Mika Peskov bloqer Səid Qubdenskinin avtomobil qəzasına düşərək həlak olmasından sonra üzərində “sürməyə davam edəcəyəm” yazılı post paylaşıb. Bu isə ölkə ictimaiyyəti arasında qalmaqala səbəb olub.

Dmitri Peskovun qızı Yelizaveta Peskova isə kiçik qardaşına dəstək olaraq instaqram hesabında bildirib ki, Mika hər hansısa bir şəxsin paylaşımını “skrin” edib və öz hesabında status olaraq paylaşıb. Peskovanın sözlərinə görə, qardaşı sadəcə olaraq bu cür hadisələrin bir çox insana heç nə öyrətmədiyini göstərmək istəyib.

O, etirazlarla razılaşaraq bildirib ki, qardaşı paylaşımının başqasına məxsus olduğunu və “skrin” olduğunu qeyd etməli idi.

Yelizaveta Peskova onu da əlavə edib ki, valideynləri onları bu cür böyütməyib və Mika heç vaxt belə bir paylaşım etməzdi, çünki o, jurnalistlərin onun hər addımını izlədiyini yaxşı bilir.

Qeyd edək ki, bloger Səid Qubdenski və Dağıstanın Avtomobil və Motosiklet İdmanı Federasiyasının prezidenti Zaur İbrahimov noyabrın 20-si Kutuzovski prospektində avtomobil qəzası nəticəsində həlak olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru