“iPhone 12” modelində səslə bağlı nasazlıqlar yaranıb

23-11-2021, 08:23           
“iPhone 12” modelində səslə bağlı nasazlıqlar yaranıb
“Apple” şirkəti nasaz “iPhone 12” mobil telefonları geri çağırır.

Şirkət bununla bağlı xüsusi proqram işə salıb.

Qeyd olunur ki, artıq səslə əlaqədar nasazlığı olan smartfonların qəbuluna başlanılıb.

Səslə bağlı nasazlıqdan ilk növbədə Birləşmiş Ərəb Əmirliklərindən olan istehlakçılar şikayət ediblər.

“Apple” şirkəti qeyd edir ki, problem “iPhone 12” və “iPhone 12 Pro” çox az sayda telefonlarında müşahidə edilib.

Şirkətdən həmçinin qeyd olunur ki, mobil telefondakı audio problemlər qəbuledici modulun komponentində baş verən nasazlığından yarana bilər.

Mənbə: Appleinsider












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru