İŞİD İraqda ordu qərargahına hücum edib - 11 hərbçi ölüb

21-01-2022, 11:54           
İŞİD İraqda ordu qərargahına hücum edib - 11 hərbçi ölüb
İraqın Diyala əyalətində terrorçu İŞİD qruplaşmasının hücumu nəticəsində 11 hərbçi ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanları məlumat verib.

“Yanvarın 21-də səhər saatlarında terrorçu İŞİD qruplaşmasının 10-dan çox silahlısı Diyala əyalətinin şimalındakı Ət-Talia və Umm əl-Karam kəndləri arasında yerləşən ordu qərargahına hücum ediblər. Hücum nəticəsində tabor komandiri baş leytenant olmaqla 11 hərbçisi ölüb”,- məlumatda qeyd olunub.

Diyala əyaləti ölkə paytaxtı Bağdadın şimal-şərqində yerləşir.

Məlumata görə, silahlılar bu il 250-dən artıq hücum həyata keçirib, 387 nəfər bu hücumun qurbanı olub, 500-dən çox insan yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.